Foto 10:25 20.09.2021

PSJ-də qalmaqal: Messi Poçettinonun əlini havada buraxdı (FOTO)

PSJ-nin stadionunda Leo Messinin debüt matçı Fransa klubunun "Lion” üzərində qələbəsi ilə başa çatıb (2-1). 

Qaynarinfo xəbər verir ki, qələbə qolunu görüşün 93-cü dəqiqəsində Mauro İkardi vurub. Gecənin əsas qəhrəmanı 76-cı dəqiqədə dəyişdirilib: Messinin yerinə Əşrəf Həkimi meydana çıxıb.

Argentinalı üçün hadisələrin belə inkişafı gözlənilməz olub və o, meydanı tərk edərkən baş məşqçi Maurisio Poçettinonun uzatdığı əli havada buraxıb. 
Beləliklə, Leo Messi bir daha PSJ-də fərqlənə bilməyib. Leo daha əvvəl Liqa 1-də "Reims” ilə 25 dəqiqə, Çempionlar Liqasında "Brügge” ilə 90 dəqiqə oyun keçirib.

Argentinalı üçün mövsümü heç də yaxşı başlamış saymaq olmaz.
 
Alpər