Dünya 15:12 25.03.2018

Karles Puçdemon Almaniyada saxlanıldı

Sabiq Kataloniya lideri Karles Puçdemon Almaniyada həbs edilib.

Qaynarinfo Telegraph-a istinadən xəbər verir ki, Puçdemonun vəkilinin verdiyi məlumata görə, sabiq lider Finlandiyadan Belçikaya qayıdan zaman Almaniya sərhəddində saxlanılıb.
 
İspaniya Ali Məhkəməsi tərəfindən qəbul edilmiş və cümə günü qüvvəyə minən Avropa İttifaqında həbs qərarını əvvəlcə Finlandiya polisi icra etməyə cəhd göstərib.

Qeyd edək ki, Kataloniyada müstəqillik referendumu keçirən və daha sonra qeyri-qanuni şəkildə muxtar ərazinin müstəqilliyini elan edən Puçdemon üsyan və insanları üsyana təhrikdə ittiham edilir.

Gülşən