Foto 10:27 26.03.2018

Puçdemonun həbsinə etirazlar davam edir: 52 yaralı (FOTOLAR)

Kataloniyanın sabiq prezidenti Karles Puçdemonun Almaniyada həbsindən sonra İspaniyada etiraz aksiyalarına start verilib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Barselonada yerləşən Almaniya konsulluğunun qarşısına 56 min nəfər toplaşıb. Etirazçılar İspaniya nəzarətində olan Kataloniya hökümət binasına doğru yürüş təşkil edib. Binaya girməyə çalışan nümayişçilər polis tərəfindən durdurulub. Cironadakı etirazlara 10 min nəfər qatılıb. Sallent və Tarraqonada yüzlərlə insan yolları bağlayıb.

Etirazçılarla polis arasında yaşanan qarşıdurmalarda 4-ü polis olmaqla 52 nəfər yaralanıb, 3 nəfər həbs edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında müstəqillik referendumu keçirən və İspaniyadan ayrılmaq barədə qərar qəbul edən Kataloniya hökümətinin sədri Puçdemon haqqında həbs qərarı verilmişdi. Bir müddətdir sığınacaq alaraq Belçikada yaşayan Puçdemon Finlandiyadan Belçikaya qayıdan zaman Almaniya sərhəddində saxlanılıb. O, üsyan və Kataloniya əhalisini üsyana təhrikdə ittiham edilir.

Gülşən