Xəbər lenti

“Pullu”da oxuyanlar yalnız bu hallarda təqaüd ala bilirlər
Ölkə 22:27 29.01.2019

“Pullu”da oxuyanlar yalnız bu hallarda təqaüd ala bilirlər

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə tələbələrə təqaüd ödənir.

2015-ci ildən öncə isə, yalnız dövlət hesabına (pulsuz) təhsil alan və kəsiri olmayan tələbələrə təqaüd verilirdi.

Sərəncam qüvvəyə mindikdən sonra ödənişli (pullu) təhsil alan tələbələr də aylıq təqaüd almaq imkanı qazandılar.

Bəs, ödənişli əsaslarla təhsil alan tələbəyə hansı hallarda təqaüd ödənir?

Təhsil üzrə mütəxəssis Adil Vəliyev azedu.az-aaçıqlamasında bildirib ki, ixtisaslar üzrə dövlət hesabına nə qədər tələbə təhsil alırsa, ayrılan təqaüdün miqdarı da o qədər müəyyənləşdirilir:

"Məsələn, sizin qəbul olduğunuz ixtisas üzrə ümumlikdə 15 nəfər dövlət hesabına (pulsuz) təhsil alır. Deməli, ödənişli (pullu) və ödənişsiz əsaslarla (pulsuz) təhsil almasından asılı olmayaraq 15 nəfər üçün təqaüd ayrılıb.

Əgər dövlət hesabına oxuyan hər hansı tələbə kəsilərsə, və ya onun ortalama balı ödənişli təhsil alan tələbədən az olarsa, bu zaman kəsiri olmayan və ortalama balı yüksək olan tələbə həmin dövlət hesabına oxuyan tələbənin yerinə təqaüd alır.

I kursun II semestrından etibarən ödənişli və ödənişsiz oxumasından asılı olmayaraq kəsiri olmayan və ortalama balı ən yüksək olan 15 (və ya x) tələbəyə təqaüd verilir”.

Qeyd edək ki, hər bir ixtisas üzrə Azərbaycan, rus və ingilis (əgər varsa) bölmələrinin tələbələri də təqaüd uğrunda birlikdə mübarizəyə qoşulurlar. Bu o deməkdir ki, təqaüd alan 15 nəfərin hamısı eyni qrupda olmaya bilər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->