Texnologiya 12:44 09.07.2020

Pulsuz, şifrəsiz deyib Wi-Fi-lara qoşulmayın: Təhlükəlidir! (EKSPERT)

Pulsuz ictimai Wi-Fi-a qoşulmaq nəinki casus proqramı, həm də məxfi məlumatların sızmasına səbəb ola bilər. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya və MDB məkanında Avast (informasiya və kiber təhlükəsizlik üzrə ixtisaslaşmış şirkət) şirkətinin rəhbəri Aleksey Fyodorov bildirib.

Ekspert qeyd edib ki, pulsuz şəbəkələrin sayı hər il artır: indi bunlar hava limanlarında, böyük restoranlarda, parklarda, kiçik gözəllik salonlarında, qəhvə evlərində və digər yerlərdə mövcuddur. Bununla birlikdə, şəbəkəyə qoşulmaq üçün istifadəçidən həmişə parol daxil etməsi və avtorizasiyadan keçməsi tələb olunmur. Avastın 2018-ci ildəki araşdırmasına görə, rusların 38%-i ictimai yerlərdə pulsuz Wi-Fi-dan istifadə edir, əlavə olaraq, respondentlərin 87%-i bu baxımdan təhlükəsizlik risklərini bilir.

Şirkət nümayəndəsinin sözlərinə görə, şifrəsiz Wi-Fi təhlükəlidir: istifadəçilərin bütün şəxsi məlumatları ciddi təhlükədədir. Fyodorovun izah etdiyi kimi, casuslar istifadəçilərin istifadə etdikləri saytların və ya tətbiqlərin şifrələnmiş olub-olmamasından asılı olaraq şəxsi məlumatları tuta, izləyə, oğurlaya bilərlər.

Alpər