Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində bu gün başlayacaq və fevralın 25-dək cavab edəcək 2018 Qış Olimpiya Oyunlarına qatılacaq bütün idmançılara və rəsmilərə ağıllı telefonlar hədiyyə edəcəyini açıqlayan "Samsung" iki ölkəni kənarda saxlayıb.
Qaynarinfo xəbər verir ki, Cənubi Koreya şirkəti ABŞ sanksiyaları səbəbindən İran və Şimali Koreya idmançılarına telefon hədiyyə edilməyəcəyini açıqlayıb.
"Samsung"un bütün idmançı və rəsmtlərə "Samsung Galaxy Note 8" mdeli telefon hədiyyə etməklə tədbirdə hər anın lentə alınmasını və dünyaya yayılmasını hədəfləyib. Lakin Şimali Koreya və İranın kənarda qalması qalmaqala səbəb olub.
İranın rəsmi xəbər agentliyi IRNA Cənubi Koreya şirkətinin addımını "əxlaqdan kənar" adlandırıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Cənubi Koreya rəhbərliyinə etiraz edib və yarışı boykot edə biləcələrini deyib.
İran Xarici İşlər Nazirliyinin sözcüsü Bəhram Kasimi "Samsung" üzr istəməsə, bu məsələ İranla şirkət arasındakı ticarət əlaqələrinə ciddi şəkildə təsir göstərəcək" deyib.
İranın parlament agentliyi ICANA-ya açıqlama verən deputat Əli Əkbər Kərimi də boykota çağırış edib: "Xalq "Samsung" məhsullarına qarşı boykot üçün kampaniyaya başlaya bilər".
Aydın
Şərhlər