Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun Rusiya prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün ölkə prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Qeyd edək ki, Vladimir Doroxov 24 fevral 2009-cu il tarixindən etibarən Azərbaycanda səfir vəzifəsində çalışırdı.
Şərhlər