Ölkə 13:03 10.09.2018

Putin bu tarixdə Bakıya gələcək

Rusiya prezidenti Vladimir Putin sentyabrın 25-də Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı danışıb. O, hər iki dövlət başçısının görüş zamanı sentyabrın 1-də Soçidə baş tutan görüşdə müzakirə edə bilmədikləri məsələlərə toxunacaqlarını vurğulayıb.