Xəbər lenti

Putin dörd vilayətdəki
Dünya 12:44 21.06.2025

Putin dörd vilayətdəki "referendum"ları tanımağı tələb edir və yeni müharibə ilə hədələyir

Rusiya prezidenti Vladimir Putin Ukraynadan işğal olunmuş dörd vilayətdə keçirilmiş "referendumların” nəticələrini tanımağı tələb edir. Əks halda, "silahlı münaqişənin yenidən başlanması ehtimalı” barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Sky News Arabia”ya verdiyi müsahibədə danışıb.

Putin qeyd edib ki, müharibənin dayandırılması üçün əsas şərtlərdən biri Ukraynanın neytral status alması və hərbi ittifaqlara, xüsusilə də xarici hərbi bloklara üzv olmaq niyyətindən imtina etməsidir. O, həmçinin Ukraynanın nüvə silahları ilə silahlandırılmamasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Putin Ukraynadan "rusdilli və Rusiyapərəst əhalinin hüquqlarının təmin edilməsini” də tələb edir.

Rusiya lideri eyni zamanda "xarici oyunçuları” münaqişənin həllində maraqlı olmamaqda və Ukraynanı Rusiyaya qarşı alət kimi istifadə etməkdə ittiham edib:

"Ukrayna daha yaxşı taleyə layiqdir, nəinki xarici qüvvələrin Rusiyaya qarşı alətinə çevrilmək”, – deyə Putin bildirib.

Putin daha əvvəl bəyan etmişdi ki, "prinsip etibarilə” Rusiya qoşunlarının Ukraynanın Sumı şəhərini də ələ keçirməsi mümkündür.

O əlavə edib ki, Rusiya qoşunları artıq rəsmi olaraq ilhaq edilmiş dörd vilayətin hüdudlarından kənarda yerləşirlər. Ardınca isə məşhur bir ifadəni xatırladıb:

"Rus əsgərinin ayaq basdığı hər yer – Rusiyadır”.

ISW analitikləri vurğulayırlar ki, Putin açıq şəkildə göstərir: təkcə Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətləri ilə kifayətlənməyəcək. O, "təhlükəsizlik zonaları”nı gələcək ərazi iddialarını əsaslandırmaq üçün bəhanə kimi istifadə edəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->