Video 14:33 17.07.2018

Putin dünya çempionatının medalını "oğurlatdırdı" (VİDEO)

Rusiyada keçirilən dünya çempionatının final matçından sonra mükafatlandırma mərasimi zamanı maraqlı hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, FIFA nümayəndələrindən olan qadının bir qızıl medalı cibinə qoyması diqqətlərdən yayınmayıb. O, bu addımı Rusiya prezidenti Vladimir Putinlə danışandan sonra atıb.

Bu görüntülər yayılandan sonra qadının Putinin istəyi ilə medalı oğurladığı iddia olunub. 



Lakin sonradan həqiqət üzə çıxıb. Məlumata görə, qızıl medallar Fransa millisinin üzvlərinə paylanandan sonra bir medal artıq qalıb. Ptin isə qadına medalı islanmaması üçün qorumağı tövsiyə edib. O, isə medalı cibinə qoymaqla məsləhətə əməl edib.