Dünya 16:45 13.07.2020

Putin Ərdoğana Ayasofya qərarının rezonansa səbəb olduğunu dedi

Rusiya prezidenti Vladimir Putin telefonla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın diqqətini Rusiyada Ayasofyanın statusunu dəyişdirmək qərarının səbəb olduğu "ciddi xalq narazılığı" haqda danışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

"Türkiyə Prezidenti müvafiq izahatlar verərək, dünya mədəniyyətinin bu unikal abidəsinə daxil olmaq üçün gələn hər kəs, o cümlədən xarici vətəndaşlara zəmanət veriləcəyini və xristian ziyarətgahlarının təhlükəsizliyinin təmin olunacağını bildirdi", - saytın məlumatında deyilir.

Xatıladaq ki, İstanbulun Ayasofya muzeyi Türk Dövlət Şurasının qərarı ilə məscidə çevrilib. Ayasofya xristian imperatoru Yustinian tərəfindən təsis edilib. 
Katedral min ildən bəri xristian dünyasında ən böyük məbəd olub. Osmanlılar Konstantinopolu fəth etdikdən və 1453-cü ildə Bizans İmperiyasını süquta uğratdıqdan sonra kafedral məscidə çevrilib, lakin 1934-cü ildən bəri müasir Türk dövlətinin qurucusu Kamal Atatürkün əmri ilə bina muzeyə çevrilib və YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Alpər