Vladimir Putin tabeliyində olan şəxslərə göstəriş verib ki, yeni silah sistemləri, xüsusilə də hərbi təyyarələr üçün müvafiq infrastruktur hazırlansın və bu texnikalar açıq sahədə qalmasın.
Qaynarinfo xəbər verir ki, bu barədə "Unian"
yazır.
"Köhnə üsullarla idarə etmək olmaz. Yeni silah sistemlərinin yerləşdirilməsi üçün zəruri ehtiyaclar əvvəlcədən hesablanmalı və infrastrukturun – bazaların, anbarların, aerodromların və digər obyektlərin – hazırlanmasına başlanmalıdır”, – deyə Kremlin rəhbəri bildirib.
Putin əlavə edib ki, bu məqsədlə ayrıca bir proqram hazırlanmalı və həmin proqram çərçivəsində bazaların, anbarların və aerodromların tikintisi və modernizasiyası üçün maliyyə ayrılmalıdır. Onun sözlərinə görə, hazırda vəsait guya daha vacib layihələrə yönəldilir, lakin bunun nəticəsi ciddi problemlərlə üzləşmək olur.
"O nəticə alınır ki, yeni silah sistemi peyda olur, amma sonra açıq sahədə dayanır. Bu isə daha tez modernizasiya tələb edir və əlavə xərcə səbəb olur”, – deyə Rusiya rəhbəri bildirib.
Xatırladaq ki, 1 iyun tarixində Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın əsas hərbi aviabazalarına pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Məlumata görə, dronlar həmin bazalara gizli şəkildə, yük maşınları ilə çatdırılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, bu xüsusi əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi məhv edilib. SBU-nun hesablamalarına əsasən, vurulmuş texnikanın dəyəri 7 milyard ABŞ dollarından çoxdur.
Alpər
Şərhlər