Xəbər lenti

Putin koronavirusa qarşı peyvəndə başlamağın əsas şərtini açıqladı
Sağlamlıq 18:15 29.07.2020

Putin koronavirusa qarşı peyvəndə başlamağın əsas şərtini açıqladı

Rusiya Federasiyası əhalisini koronavirusa qarşı vaksinasiyasına başlamaq üçün əsas tələb peyvəndin təhlükəsizliyinə və effektivliyinə mütləq inamdır. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkədəki sanitar-epidemioloji vəziyyətə dair iclasda söyləyib. Onun sözlərinə görə, peyvəndə mütləq inam olmalıdır.

Putin peyvəndin hazırlanması və tətbiq edilməsi işində bütün lazımi qayda və reqlamentlərə uyğun olaraq çox diqqətlə hərəkət etməyə çağırıb. Ayrıca, Rusiya elmi quruluşlarının peyvəndi inkişaf etdirməkdə "irəliləmiş" olduğunu və bəzi kəşflərin hələ mediaya bildirilmədiyini deyib.

Bundan əlavə, Putin hökumətdən yerli əczaçılıq şirkətləri ilə birlikdə Rusiyadaxili bazara dərman vasitələrinin, o cümlədən koronavirusa qarşı köməkçi dərmanların verilməsinin etibarlılığına nəzarət edilməsini tapşırıb. Onun sözlərinə görə, bu cür dərmanlar Rusiyada mövcuddur, onların istehsalına başlanıb. "Tələb olunan həcmi təmin etməliyik", - deyə Putin fikrini tamamlayıb. 
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->