Dünya 10:56 24.05.2013

Putin rəqiblərini bağışlamadı

Rusiya prezidenti Vladimir Putin İş adamları İşləri İdarəsinin rəsmisi Boris Titov tərəfindən təqdim olunan həbs olunmuş iş adamlarının əfvi ilə bağlı qanun layihəsini geri qaytarıb. 

Qaynar.info-nun məlumatına görə, Putin bu layihənin yarımçıq olduğunu bəhanə gətirərək onu təsdiq etmək istəməyib. 

"Əfv layihəsinə daxil edilən bütün iş adamlarının qrupları məlum deyil. Onların arasında maliyyə fırıldaqçıları, silah istehsalı üçün istifadə olunan məhsulların qanunsuz ixracını həyata keçirən insanlar var" deyə Putin bildirib. 

"Kommersant" qəzeti yazır ki, buna baxmayaraq, Putin əvflə bağlı hökumətlə müzakirələr aparacağını da deyib. 

Qeyd edək ki, Rusiyada hazırda iqtisadi cinayətlər üstündə məhkum olunmuş 13 min 600 nəfər var. 

Qaynar.info