Xəbər lenti

Putin sözü FHN rəhbərinə verəndə hirslə qələmini tulladı (VİDEO)
Video 10:49 27.05.2020

Putin sözü FHN rəhbərinə verəndə hirslə qələmini tulladı (VİDEO)

Sosial şəbəkələrdə prezident Vladimir Putinin onlayn toplantı zamanı qələmini acıqla masaya atdığı videoçarx ortaya çıxıb.

Qaynarinfo xəbər verir ki, bu, Putinin sözü Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevə verdiyi zaman baş verib. Prezidentin sözlərinə görə, təbii fəlakətlər səbəbindən bir çox insan evlərini itirir və həyatları təhlükə altındadır.

"Gəlin işləməyə başlayaq, ancaq əvvəlcə fövqəladə hallar nazirinin hesabatını dinləmək istəyirəm", - Putin deyib və əlindəki qələmi sərt şəkildə stolun üstünə atıb.

Xatırladaq ki, Rusiya Federasiyasının dörd bölgəsində - İrkutsk, Transbaikaliya, Tuva və Xakasiyada meşələrdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Digər 49 bölgədə xüsusi yanğından mühafizə rejimi hökm sürür.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->