Rusiya prezidenti Vladimir Putin ölkəyə vizasız daxil olmaq hüququna malik Türkiyə vətəndaşları kateqoriyasını genişləndirib.
Qaynarinfo xəbər verir ki, Putin bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra Rusiyaya qısamüddətli ezamiyyətə gələn xüsusi pasporta malik Türkiyə vətəndaşları, diplomatik nümayəndəliklər və konsulluq müəssisələri, həmçinin beynəlxalq avtomobil daşımaları həyata keçirən peşəkar sürücülər "Türkiyə tərəfindən analoji addımlar atılması şərti ilə” vizasız rejimdən istifadə edə biləcəklər.
Xatırladaq ki, 2015-ci ilin noyabr ayında Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər çərçivəsində bu ölkə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul etmişdi. (azvision.az)
Şərhlər