Xəbər lenti

Putin Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulmasını əmr edib
Dünya 16:27 12.03.2018

Putin Türkiyəyə məxsus sərnişin təyyarəsinin vurulmasını əmr edib

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Türkiyənin Pegasus Havayolu şirkətinə aid təyyarənin vurulması üçün əmr verib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Rusiyada sosial mediada yayımlanan sənədli filmdə Putin müəyyən etiraflarla diqqəti çəkib. O, 2014-cü il 7 fevral tarixində Soçi Qış Olimpiya Oyunlarının keçirildiyi dövrdə Xarkov-İstanbul səfərini həyata keçirən "Boeing 737-800" təyyarəsini məhv etmək barədə göstəriş verdiyini etiraf edib. 110 sərnişini daşıyan təyyarənin qaçırılması barədə xəbər yayılmış, Soçiyə enişə hazırlaşdığı bildirilmiş, lakin türk pilot təyyarəninin enişini İstanbulda həyata keçirmişdi. Cinayətkar isə sərnişinlər enəndən sonra həbs edilmişdi. Vladimir Putin bu əmri verəndən sonra Olimpiya Oyunlarının açılışında iştirak edib.

Sənədli filmdə jurnalist Andrey Kondraşova açıqlama verən Putin Krımın Ukraynana verilməsi barədə suala belə bir hadisənin heç zaman baş verməyəcəyini bildirib. 

Rusiya prezidenti sənədli filmdə atasının Vladimir Leninİosif Stalinin aşpazı olduğunu deyib. Babası Spiridon Putin ömrünün sonuna, yəni 1965-ci ildə 86 yaşında dünyasını dəyişənə qədər dövrün liderlərinə aşpazlıq edib. 

Putin açıqlamalarında həmçinin qeyd edib ki, xəyanət bağışlaya bilməyəcəyi bir şeydir, lakin hələlik belə hadisə ilə üzləşməyib.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->