Kreml uzun illərdir Vladimir Putinin real harada olduğunu gizlətmək üçün "dublikat kabinetlər” sistemindən istifadə edib.
Qaynarinfo xəbər verir ki, araşdırma layihəsi "Sistema”nın https://t.me/systemasystema/296 jurnalistləri müəyyən ediblər ki, Rusiya lideri üçün azı üç eyni kabinet hazırlanıb — Novo-Oqaryovoda, Soçidə və Valdayda.
Jurnalistlər bu nəticəyə "Moskva. Kreml. Putin” televerilişinin onlarla saatlıq efirlərini, Kremlin rəsmi saytının arxivlərini, dövlət satınalmaları sənədlərini və binaların planlarını təhlil etdikdən sonra gəliblər.
Əsas sübutlar isə üç kabinet arasında olan kiçik, amma fərqləndirici detallardır:
•qapı dəstəklərinin forması və yeri,
•divardakı bəzək xətti,
•sənəd qovluqlarının tipi.
Məlum olub ki, 2015-ci ildən etibarən Putin üçün Moskva ətrafındakı kabinetinin tam surətləri yaradılıb ki, o, istənilən vaxt real yerləşdiyi yeri gizlədə bilsin.
Lakin araşdırmaçılar bu "klon kabinetlər” arasında incə fərqlər tapıblar:
•Soçi kabinetində qapı dəstəyinin və havalandırma sisteminin yeri fərqlidir,
•Valday kabinetində masaüstünün rəngi və termostat digərlərindən seçilir,
•Novo-Oqaryovo isə ilkin, orijinal kabinet sayılır.
Jurnalistlərin ironik müşahidəsinə görə, Putin bəzən eyni gün ərzində üç fərqli "eyni” kabinetdə çıxışlar edə bilər – gah birində, gah digərində, gah da yenidən birincidə.
Araşdırmanın hesablamalarına görə, Putin təkcə Valdaydakı kabinetdə təxminən 130 rəsmi tədbir keçirib – əsasən videobağlantı vasitəsilə.
2023-cü ilin fevralından sonra Putin Soçi kabinetindən istifadəni dayandırıb, çünki Ukrayna dron hücumlarından qorxub.
2025-ci ilin əvvəlindən isə Novo-Oqaryovo kabinetini də tərk edib.
Yalnız 2025-ci ilin payızında o, nadir hallarda öz rezidensiyalarına qayıtmağa başlayıb.
9 sentyabrda jurnalistlər Putinin Soçidə ola biləcəyini müəyyənləşdiriblər — həmin gün şəhərə Ukrayna dron zərbələri endirilmişdi. Daha sonra Kreml də dolayısı ilə təsdiqləyib ki, hücum vaxtı o, doğrudan da Soçi bölgəsində olub.
Alpər
Şərhlər