Rusiya ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün görüşü üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini potensial məkan kimi nəzərdən keçirir.
Qaynarinfo bu barədə "Reuters"ə istinadla xəbər
verir.
Rusiya rəsmiləri Tramp və Putin arasında telefon danışığının təşkili ilə bağlı ABŞ-la birbaşa əlaqələrin olduğunu dəfələrlə təkzib ediblər. Bu telefon danışığı, gözlənilən görüşdən əvvəl baş tutmalıdır.
Bununla belə, anonim danışan Rusiya mənbələrinə görə, son həftələrdə Rusiya rəsmiləri Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfərlər ediblər.
Mənbələrdən biri bildirib ki, Rusiyada bu ideyaya qarşı hələ də müəyyən müqavimət var. Xüsusilə bəzi diplomatlar və kəşfiyyat əməkdaşları Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-la sıx hərbi və müdafiə əlaqələrinə malik olduğunu vurğulayırlar.
Tramp və Putin hər iki ölkənin rəhbərləri ilə dost münasibətlərini qoruyurlar.
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Tramp prezidentliyə gəldikdən sonra onun zəng etdiyi ilk xarici lider olub. Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bin Salmanı "fantastik biri” adlandırıb.
Putin isə 2023-cü ildə Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edərək, vəliəhd şahzadəyə ABŞ və Rusiya arasında Soyuq Müharibədən bəri ən böyük əsir mübadiləsinin təşkilinə kömək etdiyinə görə təşəkkür edib.
Qeyd edək ki, bazar günü Tramp administrasiyasının "müxtəlif tərəflərlə, o cümlədən Ukrayna və Rusiya ilə görüşlər və danışıqlar planlaşdırdığını” bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskov isə bu barədə suala cavab verərək, "əlaqələrin açıq şəkildə planlaşdırıldığını” bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 1-də bəyan edib ki, Ukraynanın ABŞ və Rusiya arasında aparılan danışıqlardan kənarda qalması "çox təhlükəli” olardı və Vaşinqtonla Kiyev arasında atəşkəs planının müzakirəsini davam etdirməyə çağırıb.
Alpər
Şərhlər