Dünya 17:45 26.11.2013

Putinin Berluskoni ilə gizli görüşü


Rusiya prezidenti Vladimir Putinin dünən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə görüşdüyü ortaya çıxıb.

Qaynar.info
-nun RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov görüşün rəsmi tədbirlərdən sonra keçirildiyini və qeyri-rəsmi xarakter daşıdığını deyib.

Qeyd edək ki, dünən Rusiya prezidenti Vladimir Putin Romada Papa Fransisklə görüşüb. Putin bundan başqa İtaliya prezidenti Giorgio Napolitano ilə də görüşüb.

Qaynar.info