Siyasət 18:38 27.11.2013

Putinin Ermənistan səfərinin vaxtı açıqlandı


Rusiya prezidenti Üçüncü Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak edəcək və 102-ci Rusiya hərbi bazasında olacaq
Rusiya Federasiyası prezidenti Vladimir Putin dekabrın 2 də Ermənistana səfərə edəcək. ANS PRESS-in verdiyi məlumata görə, Putin Üçüncü Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak edəcək və 102-ci Rusiya hərbi bazasında olacaq.

Kreml mətbuat xidmətindən verilən məlumata görə, "İrəvanda Rusiya-Ermənistan arasında yüksək səviyyəli danışıqlar aparılacaq. Gündəliyə ikitərəfli əməkdaşlığın əsas məsələləri, həmçinin ticarət-iqtisadi və mədəni-humanitar sferalarda məsələlər salınıb. Danışıqlar zamanı 3 sentyabrda Serj Sarkisyanın Moskva səfərində əldə olunmuş razılıqların icrasının gedişatı haqqında müzakirələr aparılacaq. Həmçinin Ermənistanın, Belarus Respublikasının, Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının birgə yaratdığı Gömrük İttifaqına qoşulması ilə bağlı fikir mübadiləsi aparılacağı da güman edilir".

Kreml mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində iki dövlət arasında bir sıra birgə sənədlər imzalanacaq.


Qaynar.info