Siyasət 14:32 09.06.2019

Putinin ticarət müharibəsi ilə bağlı şərhi: "Vadidə iki pələng döyüşür"

Rusiya Prezidenti Vladimir Putin, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres və Çin prezidenti Şi Cinping Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna (SPİEF) qatılıb.


Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Putin forum zamanı ABŞ və Çin arasında ticarət müharibəsində Rusiyanın mövqeyi haqqında danışıb.

 

"Bu mövzuya Çin atalar sözü ilə cavab vermək istəyirəm. Vadidə iki pələng dalaşarsa, ağıllı meymun davanın necə bitəcəyini gözləyər” deyə Putin bildirib.


Nigar