Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən birində yeni təyinat baş tutub.
Valyuta.az xəbər verir ki,
Qaçay Mirzəyev SOLVAS (Azərbaycan) şirkətində Ölkə meneceri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, SOLVAS LLC Avropa, Yaxın Şərq və Afrika regionunda Microsoft bulud həllərinin ən böyük təchizatçılarından olan ALSO şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Şirkət Azərbaycandakı tərəfdaşlara müasir iş mühitləri, əməkdaşlıq, süni intellekt, kibertəhlükəsizlik və digər sahələr üzrə bulud texnologiyalarına əsaslanan ağıllı və etibarlı həllər təqdim edirlər.
Yeni təyin olunan Qaçay Mirzəyev 20 ildən artıq informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində peşəkar təcrübəyə malikdir. O, Azərbaycan, Belarus, Mərkəzi Asiya, Gürcüstan, Qazaxıstan və Ukrayna kimi müxtəlif regionlarda fəaliyyət göstərən şirkətlərin texnoloji inkişafına töhfələr verib, eyni zamanda 100-dən çox İT mütəxəssisini təlimləndirib.
Qaçay Mirzəyev bundan əvvəl "BP-Azerbaijan”, Azərbaycan Dövlət Neft Fondu və 10 ildən çox müddətdə "Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub, Azərsilah Holding QSC-də İnformasiya Texnologiyaları Departamentinin rəhbəri, Azərbaycan Hava Yolları (AZAL)-da isə İnformasiya Texnologiyaları üzrə rəhbər vəzifəsində çalışıb.
Şərhlər