Xəbər lenti

Foto 09:42 06.06.2020

Qadağadan sonra Bakı küçələri boşaldı (FOTOLAR)

Xəbər verdiyimiz kimi, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib. 

Qaynarinfo xəbər verir ki, bu gecədən başlayaraq karantin rejiminin sərtləşdirildiyi 4 şəhər 1 rayonda polis naryadları xidmət aparır. Dövlət Yol Polisi ilə yanaşı, Daxili İşlər orqanlarının əməkdaşlarından ibarət, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları da mütəmadi olaraq sutka ərzində xidmət göstərir. 

Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsinin də rəsmi sosial şəbəkə hesabında paylaşım edilib: "Bu həftədən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb”.

Xatırladaq ki, sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.

Fotolar: Azadlıq Radiosu, BŞBPİ

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?