Xəbər lenti

Qadın Bakı metrosunda uşaq dünyaya gətirdi
Ölkə 09:05 08.08.2025

Qadın Bakı metrosunda uşaq dünyaya gətirdi

Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.

Qaynarinfo bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->