Xəbər lenti

Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü oldu ( FOTO)
Ölkə01:35 08.08.2025

Vaşinqtonda İlham Əliyevin Stiv Uitkoff ilə görüşü oldu ( FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 7-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşü olub.
APA xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil” şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum” imzalanıb.
Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.
Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.