Xəbər lenti

Qadın əməyinin qadağan edildiyi iş yerlərinin siyahısı təkmilləşdiriləcək
Ekonomiks 19:59 13.02.2020

Qadın əməyinin qadağan edildiyi iş yerlərinin siyahısı təkmilləşdiriləcək

Azərbaycanda qadınların əməyinin tətbiqinin qadağan edildiyi iş yerlərinin siyahısının təkmilləşdirilməsi nəzərdə tutulur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, Tədbirlər Planında beynəlxalq əmək standartlarına uyğun olaraq qadınların əməyinin tətbiqi qadağan olunan iş yerlərinin siyahısının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Səhiyyə nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb edilməklə tapşırıqlar verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->