ABŞ-ın Las-Veqas şəhərində yaşayan qadının qumar asılılığını maliyyələşdirmək məqsədilə müxtəlif kişilərlə dəfələrlə evləndiyi iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Independent" nəşri məlumat yayıb.
Polisin məlumatına görə, 33 yaşlı Tsyayin Çen yeni tanış olduğu şəxslərlə nikaha daxil olur, daha sonra isə Çində yaşayan xəstə qohumuna kömək etmək bəhanəsi ilə onlardan külli miqdarda pul istəyirmiş. Pulu aldıqdan sonra isə həmin şəxslərlə əlaqəni kəsirmiş.
İstintaqın versiyasına əsasən, Tsyayin Çen 2019-cu ilin martından 2024-cü ilin mayınadək Klark dairəsində müxtəlif adlardan istifadə etməklə bir neçə nikah rəsmiləşdirib.
Eyni zamanda onun əldə etdiyi vəsaiti qumar oyunlarına xərclədiyi bildirilir. Məlumata görə, qadın təkcə son bir il ərzində kazinolarda 300 min ABŞ dollarından çox pul uduzub.
Tsyayin Çen saxta nikahlarla bağlı dələduzluq işi üzrə təqsirini etiraf edib. İş üzrə növbəti məhkəmə iclasının avqustun 20-nə təyin olunduğu bildirilir.
Aydın
Şərhlər