Xəbər lenti

Qadın sevgilisi ilə birləşib ərini öldürdü
Dünya 11:09 29.06.2013

Qadın sevgilisi ilə birləşib ərini öldürdü

Bu gecə Türkiyədə qadın 16 illik həyat yoldaşını sevgilisi ilə birlikdə boğaraq öldürüb. 

ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 33 yaşlı Gülden Aydın həyat yoldaşı 52 yaşlı Vahdet Aydını, öz sevgilisi 34 yaşlı Habib Kafaoğlu ilə birləşərək öldürüb. Lakin qadın ilk öncə cinayəti gizlətmək istəyib.

Belə ki, gecə saatlarında ərinin vəziyyətinin ağır olduğunu deyən G.Aydın qonşuları köməyə çağırıb. Daha sonra təcili yardıma müraciət ediblər. Həkimlər V.Aydını xəstəxanaya yerləşdirsələr də, onun həyatını xilas etmək mümkün olmayıb. 

Həkimlər kişinin boğazında əl izləri aşkarlayıblar. Polis çağırıblar. Polis araşdırmaları nəticəsində məlum olub ki, kişi öz əcəli ilə deyil, boğulma nəticəsində dünyasını dəyişib.

Polisə ifadə verən Gülden Aydın hər şeyi etiraf edib: “Ərim evə gəldi. Bir az yorğun idi. 3 uşağımız var. Onlarla oynadı. Sonra azca yemək yeyib, bir qədəh içki içəndən sonra yatdı. Mən də uşaqları yatızdırdım. Daha sonra Habib Kafaoğlu gəldi. Bir az onunla oturduq. Sonra Habib otaqdan çıxdı, bir qədər sonra qayıdım, Vahdeti öldürdüyünü dedi. Əvvəlcə bunu gizlətmək istədik. Amma alınmadı”.

Polis hər iki şəxsi həbs edərək məhkəməyə təslim edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->