Xəbər lenti

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət
Dünya 20:52 13.07.2025

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Qadınlar bəzən gülümsəyərək hər şeyin qaydasında olduğunu göstərə bilərlər, lakin daxilən bədbəxt ola bilərlər. 

Qaynarinfo xəbər verir ki, bu barədə klinik psixoloq, doktor Samanta Rodman Vayten "YourTango" üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, bəzi kişilər həyat yoldaşlarının artıq bu evlilikdən uzaqlaşdığını və yalnız uşaqlar xatirinə münasibətdə qaldıqlarını ya inkar edir, ya da görməzlikdən gəlirlər.

Psixoloq, qadınların nikahda bədbəxt olduqlarını göstərən bu 10 açıq əlaməti sadalayıb:

1. Təklik istəyir. Əgər həyat yoldaşınız sizinlə vaxt keçirmək, birgə axşam planları qurmaq istəmir və daim "özünə vaxt" ayırmağa çalışırsa, bu, mənfi əlamətdir. O, aylarla və ya illərlə sizinlə baş-başa vaxt keçirməyə meyl göstərməyə bilər.

2. Nəvazişlərə reaksiya vermir. Əgər o, depressiyada deyilsə və enerjili şəkildə uşaqlara, dostlara, ailəyə sarılırsa, lakin sizin toxunuşlarınıza qarşı biganə və ya narahatdırsa, bu, münasibətdə emosional uzaqlaşmanın göstəricisidir.

3. Hədiyyə qəbul etmək istəmir. Əgər o, özü üçün pul xərcləməkdən çəkinmirsə, amma sizdən ad günü və ya ildönümü üçün heç nə almamağınızı xahiş edirsə, bu, aranızdakı bağlılığın zəiflədiyini göstərə bilər.

4. Dostlarla yazışır, sosial şəbəkələrdə vaxt keçirir, amma sizinlə danışmır. O, gününün necə keçdiyini sizə danışmaq əvəzinə, dostlarla söhbət edir və ya telefona dalır. Sizin dediklərinizə reaksiya vermir, hətta qıcıqlanır.

5. Evdə rahat geyimlər geyinir. İşə və dostlarla görüşə bəzənsə də, sizin üçün belə etməyə ehtiyac görmür. Əvvəllər sizin üçün bəzənirdisə, bu dəyişikliyə fikir vermək lazımdır.

6. Ailə psixoloquna getməkdən imtina edir. O, bu təklifləri mənasız hesab edir və cəhdlərinizə maraq göstərmir.

7. Apatik görünür. O, emosional olaraq sizdən uzaqdır və münasibətdə yalnız sabitlik naminə – əsasən uşaqlar üçün – qalır.

8. Sizin gününüzlə maraqlanmır. "Günün necə keçdi?" sualını vermir və bu mövzular ona süni görünür. Sanki bu söhbətlər artıq səmimiyyət daşımır.

9. Evdən çıxmağınızı təşviq edir. Əgər o, sizi az qala qapıdan itələyib dostlarla vaxt keçirməyə, gəzintiyə çıxmağa yönəldirsə, bu, münasibətdən uzaqlaşmanın əlamətidir.

10. Gələcək planlar qurmaq istəmir. O, sizinlə birlikdə plan qurmaqdan yayınır, əvəzində yalnız şəxsi planlarından danışır – məsələn, karyera dəyişikliyi kimi.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->