Xəbər lenti

Qadınların diqqətinə! Bu əlamətlər varsa, xərçəng ola bilərsiniz
Sağlamlıq 14:32 29.06.2019

Qadınların diqqətinə! Bu əlamətlər varsa, xərçəng ola bilərsiniz

"Qarnım köpdür, şişib, yeməkdəndir, həzmdəndir" deyən qadınlar fikriniz yanlış ola bilər. 

Qaynarinfo-nun məlumatına görə, Britaniya Onkoloji cəmiyyətlərdən biri belə bir xəbərdarlıq yayıb ki, qadınlarda meteorizm, qarında köp yumurtalıq xərçənginin birinci və əsas əlamətlərindən biridir. 

Adətən başqa simptomlarla səhv salınır. Əgər köpdən əlavə qarında, xüsusən sağ-sol tərəfli ağrı, iştahsızlıq, tez-tez sidiyə getmə də varsa, o zaman ginekoloqa gedib yumurtalıqları tam yoxlatmaq lazımdır.

Bunlara əlavə, ürəkbulanma, həzm problemləri, intim əlaqə zamanı narahatlıq, ağrı, beldə ağrı, qəbizlik, vaginal qanaxma varsa, vaxtı uzatmayın. İlk başda yumurtalıq xərçəngi aşkar olunduqda, əməliyyatla tam sağalmaq mümkün olur. 

Xüsusən 50 yaşından sonra, genetik olaraq nəsildə süd vəzi və uşaqlıq xərçəngi olan qadınlar ildə bir dəfə bu müayinədən keçməlidirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->