Dünya 14:32 04.02.2019

Qafqazın “qaz kralı” ilə oğlu 3 nəfərin qətlində təqsirləndirilir

Qaraçay-Çərkəz Respublikasının senatorunun atası, Qafqazın "qaz kralı” adlandırılan Raul Araşukovun həbsinin bəzi detalları məlum olub.

Bu barədə respublika rəhbərliyinin yüksək rütbəli mənbəsi "Lenta.ru”ya məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 30-u həbs edilən Raul Araşukov və onun senator oğlu Rauf Araşukov 3 nəfərin qətlində şübhəli bilinir. Mənbə bildirir ki, Araşukov klanının sifarişi əsasında 1990-cı ilin sonlarında Donetskdə biznesmen Boris Xapsirikov, 2006-ci ildə Çerkessk İstintaq Təcridxanasının rəisi Həsən Canayev və elə həmin ildə Rusiyanın Prezident Admnistrasiyasının rəhbərinin köməkçisinin mühafizə xidmətinin rəhbəri Əli Afaunov öldürülüb. Adı gizli tutulan mənbə vurğulayır ki, sifarişli qətllər barədə söhbət Araşukovların yaxın ətrafı tərəfindən məclislərin birində olub.

Qeyd edək ki, "qaz kralı” Raul Araşukovla birgə oğlu, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov da yanvarın 30-da saxlanılıb. Senator adam öldürtməklə yanaşı, 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda da ittiham olunur. Onun haqqında 2 aylıq həbs qətiimkan tədbiri seçilib. ("Qafqazinfo”)