İdman 15:53 24.11.2020

"Qalatasaray" şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi

Türkiyənin "Qalatasaray" klubu İkinci Qarabağ müharibəsində şəhid olmuş Fərid Dursunovla bağlı paylaşım edib.

Qaynarinfo-nun məlumatına görə, İstanbul təmsilçisi rəsmi tvitter hesabında bunları yazıb:

"Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə birlikdə "Qalatasaray" bayrağıda asın" deyən və vəsiyyəti yerinə yetirilən şəhid Fərid Dursunov ilə birlikdə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. "Qalatasaray"lılıq ölməz".