İdman 16:31 02.08.2020

“Qalatasaray” yeni qapıçı ilə anlaşdı (FOTO)

Türkiyənin "Qalatasaray” klubu yeni futbolçu ilə anlaşıb.

İspaniyanın "Atletik” klubunun qapıçısı İaqo Herrerin karyerasını İstanbul təmsilçisində davam etdirəcək.

Əsas qolkiperi Fernando Muslera zədələndiyi üçün bu mövqeyə oyunçu axtaran "sarı-qırmızılar” ispaniyalını icarəyə götürmək barədə razılıq əldə edib. Bilbao klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq İaqo bir il icarədə olduqdan sonra azad agent olacaq.

Qeyd edək ki, Herrerin son mövsümdə cəmi 9 matçda meydana çıxıb.
 
APA