Xəbər lenti

İdman 11:33 19.12.2017

"Qalatasaray"ın baş məşqçisi olmağa NAMİZƏDLƏR

Xəbər verdiyimiz kimi, ötən gün "Qalatasaray" baş məşqçisi İqor Tudoru istefaya göndərib.

Sport7.az xəbər verir ki, artıq İstanbul klubunu çalışdırmağa namizəd adlar açıqlanıb. 

Hər kəs kluba Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Tərimin gətiriləcəyini gözləsə də, siyahıda bir çox yerli və xarici mütəxəssislər yer alıb. 

"Habertürk"ün məlumatına görə, İstanbul klubu "Başakşehir"in çalışdırıcısı Abdullah Avcı ilə maraqlanır. 

Digər yerli namizəd kimi "Trabzonspor"un baş məşqçisi Ersun Yanal göstərilir. 

Xarici namizədlər sırasında isə Ronald Koeman, Laurent Blank, Tomas Tuşel, Marselo Bielsa yer alıb. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->