Ölkə 21:51 08.03.2021

Qara görə Gədəbəydə yol müvəqqəti bağlanıb (FOTO)

Respublikanın bir çox rayonlarına  qar yağması nəticəsində nəqliyyatın hərəkətində problemlər yaranıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy rayonunda  qoşqulu yük maşını yolların buz bağlaması nəticəsində hərəkət qabiliyyətini itirərək yolda qalıb. 

Ərazidə xidmət aparan həmin rayonun yol polisi əməkdaşları tərəfindən yolun müəyyən hissəsi bir müddətlik hərəkətə bağlanıb. 

Təhlükəsizlik tədbirləri çərçivəsində asfalt örtüyünün qardan təmizləndikdən sonra  yolda hərəkət bərpa edilib və yük maşını hərəkətinə davam edib.