Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan klublarımız bu gün yoxlama oyunları keçirib.
Oxu.Az xəbər verir ki, "Səbail” Macarıstan "Akvital”ını 3:2 hesabı ilə üstələyib, "Sumqayıt” Qazaxıstanın "Jetısu” kollektivi ilə heç-heçə edib - 1:1.
"Qəbələ” Türkiyədəki ilk yoxlama oyununda Almaniyanın "Meppen” klubuna 1:2 hesabı ilə, "Qarabağ” isə Macarıstan "Uypeşt”inə 0:1 hesabı ilə məğlub olub.
Azərbaycan Premyer Liqasının debütantı "Sabah” komandası toplanış çərçivəsində ikinci oyununa çıxıb. İlk yoxlama matçında Türkiyə "Əskişəhərspor”unu 1:0 hesabı ilə üstələmiş komandamız bu dəfə Qazaxıstan "Tobol”u ilə heç-heçə edib - 2:2.
Şərhlər