"Qarabağ" Avroliqada ilk xalını qazandı

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, I qrupda yer alan Ağdam klubu V tur matçında İsrailin "Makkabi" (Tel-Əviv) komandası ilə qarşılaşıb. Azərbaycandakı hərbi vəziyyətlə bağlı Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Görüşdə iki qol vurulub və komandalar hərəyə bir xal qazanıb - 1:1. Hesabı 22-ci dəqiqədə İsrail təmsilçisi açıb. "Qarabağ"ın qapısına təyin olunan penaltini Yonatan Kohen dəqiq yerinə yetirib. 37-ci dəqiqədə isə Xayme Romero oyunda son nöqtəni qoyub. Bu "Qarabağ"ın Avroliqanın cari mövsümündə qazandığı ilk xal olub.

Qeyd edək ki, Azərbaycan çempionu matça ciddi itkilərlə çıxıb. Komandanın baş məşqçisi Qurban Qurbanov, futbolçuları Mahir Emreli, Maksim Medvedev və Abbas Hüseynov koronavirusa yoluxduqları üçün Türkiyəyə yollanmayıblar. Həmçinin milli komandanın düşərgəsindən qayıtdıqdan sonra koronavirus aşkarlanmış Musa Qurbanlının son iki testi neqativ çıxsa da, futbolçu məşqlərdən uzaq olduğu üçün "Makkabi" ilə oyunun heyətinə salınmayıb. Bədavi Hüseynovla Patrik Andrade isə zədəli olduqları üçün matçı buraxıb. 

Qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"ı qəbul edib və 0:1 hesabı ilə uduzub. 

Avropa Liqası
Qrup mərhələsi
V tur

3 dekabr
Qarabağ (Azərbaycan) - Makkabi (Tel-Əviv, İsrail) 1:1
Qollar: Xayme Romero, 37 - Yonatan Kohen, 22-pen.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç (4. Rahil Məmmədov, 83), 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero (27. Toral Bayramov, 72), 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev.
Məşqçi: Elçin Rəhmanov.
Makkabi: 19. Daniel Tennenbaum, 30. Maor Kandil (6. Dan Qlazer, 69), 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa (10. Etey Şexter, 84), 42. Dor Perets (11. Tal Ben Haim, 84), 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen (39. Eduardo Gerrero, 66).
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 47. Eden Karzev, 31. Şahar Piven, 72. Aleksandar Peşiç.
Baş məşqçi: Giorgios Donis.
Sarı vərəqələr: Donald Gerye, 21. Uroş Matiç, 40 - Luis Ernandes, 85.
Hakimlər: Robert Hennessi, Allen Linç, Emmet Dinan, Pol Maklaflin.
İstanbul, "Başakşehir Fatih Terim" stadionu.
 

1

Vilyarreal

5

4

1

0

14:5

13

2

Makkabi

5

2

2

1

5:7

8

3

Sivasspor

5

2

0

3

9:10

6

4

Qarabağ

5

0

1

4

4:10

1



  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR