Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ” "Çelsi” ilə ev oyununa xüsusi olaraq hazırlaşır.
"Qaynarinfo" xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Yenicag.az-a bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada nəhəng xoreoqrafiyanın açılması planlaşdırılır.
Xoreoqrafiyada 20 min azarkeşinin iştirak edəcəyi gözlənilir.
Klub rəsmisi xoreoqrafiyanın nədən ibarət olduğunu sirr olaraq saxlayıb. O yalnız qeyd edib ki, şou E tribunasında nümayiş etdiriləcək.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.
Qaynarinfo.Az
Şərhlər