"Qarabağ" darmadağınla liderliyə yüksəldi

Azərbaycan Premyer Liqasında V turdan təxirə salınmış oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Səbail"i sınağa çəkib. Oyuna fəal başlayan "Qarabağ" 18-ci dəqiqədə Kvabena Ovusunun qoluna sevinib. 7 dəqiqə sonra Mahir Emreli fərqi artıraraq Premyer Liqanın bombardirlər yarışının vahid liderliyini ələ keçirib.  85-ci dəqiqədə Patrik Andrade fərqi 3 topa çatıdırıb. Əlavə vaxtda dublunu rəsmiləşdirən Mahir Emreli yekun nəticəni müəyyənləşdirib. Bu onun mövsüm ərzində vurduğu 10-cu qol olub.

Bununla xal hesabını 29-a yüksəldən "Qarabağ" turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Ağdam klubu ikinci pilləyə göndərdiyi "Neftçi"ni 2 xal qabaqlayır. "Səbail" isə 13 xalla 6-cı yerdə qərarlaşıb.

Bu "Qarabağ"la "Səail" arasında ölkə çempionatında 13-cü görüş olub. Bu matçların 11-də "köhlən atlar", 1-də "dənizçilər" sevinib, 1 qarşılaşma isə heç-heçə başa çatıb. Topların nisbəti də meydan sahiblərinin xeyrinədi - 23:2.

"Səbail” yalnız texniki qələbə sayəsində qalib gəlib. Həmin matç nəzərə alınmasa, "Qarabağ” bütün oyunlarda qol vurub.
 
Qeyd edək ki, hazırda turnir cədvəlinə 14 oyundan 27 xala malik "Neftçi" başçılıq edir. 
 
Premyer Liqa
2020/21 mövsümü
I dövrə, V tur

16.00 Qarabağ - Səbail 4:0 
Qollar: Kvabena Ovusu, 18. Mahir Emreli, 25; 90+2. Patrik Andrade, 85.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 6. Patrik Andrade, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 1. Kamran Ağayev, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 99. Bahadur Həziyev.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Azersun Arena”.

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

14

8

5

1

37:11

29

2

Neftçi

14

8

3

3

18:15

27

3

Zirə

14

6

5

3

18:14

23

4

Sumqayıt

14

5

4

5

17:20

19

5

Qəbələ

14

3

6

5

13:22

15

6

Səbail

14

3

4

7

15:23

13

7

Keşlə

14

3

4

7

13:21

13

8

Sabah

14

4

1

9

14:19

13

Bombardirlər

Mahir Emreli (Qarabağ) - 10. Namiq Ələsgərov (Neftçi) - 8. Filip Ozobiç (Qarabağ) - 7. Əli Qurbani (Sumqayıt), Kvabena Ovusu (Qarabağ) - 6. Ağabala Ramazanov (Zirə), Davit Volkov (Zirə) - 5. Rauf Əliyev (Səbail), Donald Gerye (Qarabağ) - 4.


  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR