Xəbər lenti

“Qarabağ” dünyanın ən güclü klubları sırasında
İdman 12:16 09.01.2014

“Qarabağ” dünyanın ən güclü klubları sırasında

Qurban Qurbanovun yetirmələri “Marsel”, “Everton”, “MOİK”, “Liverpul” kimi klubları arxada qoyur

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb.

Qaynar.info Apasport.az-a istinadən xəbər verir ki, qurumun prezidenti Alfredo Pojenin ölümü ilə əlaqədar federasiyanın fəaliyyətində müvəqqəti durğunluq yarandığı üçün siyahı 10 aylıq fasilədən sonra dərc olunub.

2013-cü il üçün 12 ayın nəticələrini özündə əks etdirən siyahıda planetin 200 ən güclü komandası yer alıb. Burada Azərbaycanın 1 təmsilçisi də var.

Daxili arenada titul qazana bilməsə də, Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır. Hesabında 119,50 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel” (Fransa), MOİK (Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Penyarol” (Uruqvay), “Flamenqo”, “Botofoqo” (hər ikisi Braziliya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Uiqan” (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya) kimi klubları arxada qoyur.

Siyahının ilk pilləsində isə “Bavariya” qərarlaşıb. Almaniya klubunun 370 xalı var. İspaniya “Real”ı 290 xalla 2-ci, İngiltərə “Çelsi”si 273 xalla 3-cüdür.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->