İdman 19:47 13.07.2019

"Qarabağ" Gerye ilə bağlı qərarını verdi

"Qarabağ"ın futbolçusu Donald Geryenin taleyinə aydınlıq gəlib.
 
Sport7.azın əldə etdiyi məlumata görə mövsüm bitəndən sonra ölkəsi Haitiyə yollanan futbolçu ilə bağlı hansı qərarın veriləcəyi səbirsiliklə gözlənilsə də bu heç də müsbət olmayıb.
 
Düzdü, bu yaxınlarda onunla yeni müqavilə bağlanacağı və bütün detalların razılaşdırıldığı ilə bağlı xəbərlər dolaşırdı. Ancaq hər şey birdən-birə dəyişib. Belə ki, futbolçunun məsuliyyətsizliyi, komandaya qoşulmağını yubatmağı hər şeyin üstündən xətt çəkib. O öz məsuliyyətsizliyinə görə bir daha komandaya qayıtmayacaq, elə baş məşqçi Qurban Qurbanov da Geryenin xidmətində artıq maraqlı deyil.