Xəbər lenti

İdman 12:02 07.06.2019

"Qarabağ" hazırlıqlara start verdi

Azərbaycanı növbəti dəfə Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"da istirahət bitir. 

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi bu gündən etibarən hazırlığa başlayacaq.

Komanda təxminən 10 gün paytaxtda hazırlaşacaq. Baş məşqçi Qurban Qurbanov təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 18-də yetirmələrini Avstriyaya aparacaq. Təmsilçimiz həmin ölkədə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında mübarizəyə iyulun 9-10-da qoşulacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->