İdman 22:54 31.07.2019

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində (VİDEO)

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” İrlandiya çempionatının son qalibi "Dundalk”ı qəbul edib.

Bu komandalar arasında bir həftə öncə Dundalkda keçirilmiş ilk qarşılaşma 1:1 hesabıyla başa çatıb.
 
"Dalğa Arena” keçiriləcək qarşılaşmaya saat 21.00-da start götürən görüşdə Ağdam klubu 3:0 hesabı qalib gələrək III mərhələyə adlayıb.
 
Qeyd edək ki, "Qarabağ” növbəti mərhələdə Cənubi Kiprin APOEL klubu ilə qarşılaşacaq. 
 
 
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu

31 iyul 
21.00 Qarabağ (Azərbaycan) - Dundalk (İrlandiya) 3:0

Qollar: Romero, 12, 87, Aylton, 76

Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 3. Brayan Qartlend, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis. 
Baş məşqçi: Vinsent Pert.

Hakimlər: Sveyn Moen, Maqnus Lundberq və İsaak Başevkin, Siqurd Krinqstad (Norveç).
Hakim-inspektor: Sabri Çelik (Türkiyə).
UEFA nümayəndəsi: Adonis Prokopiou (Cənubi Kipr).
Mərdəkan. "Dalğa Arena”.