İdman 18:28 24.07.2018

"Qarabağ" İsveçrə yığmasının sabiq hücumçusunu transfer etdi

"Qarabağ" heyətinə daha bir futbolçu qatıb.

Qaynarinfo UEFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu İnnosent Emeqaranı sifariş verib. Nigeriya əsilli isveçli futbolçu Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi "Kukesi" ilə oyunlarda iştirak edə biləcək.

Qeyd edək ki, Emeqara 2014/15 mövsümündə "Qarabağ"da çıxış edib. Həmin vaxt o, 8 rəsmi oyuna çıxaraq 5 qol vurub. "Qarabağ"dan ABŞ-ın "San Jose Earthquakes" klubuna transfer olunan hücumçunun son iş yeri Cənubi Kipr təmsilçisi "Ermis" olb. O, ötən mövsüm forma geyindiyi 28 rəsmi oyunda 9 qol vurub aə 4 məhsuldar ötürmə edib. 

Futbolçu əvvəllər İsveçrənin "Sürix" (II komanda), "Vintertur", "Qrasşopper", Fransanın "Loryan" və İtaliyanın "Syena" klublarında çıxış edib. 

Emeqara İsveçrənin U-21 və olimpiya yığmalarında çıxış edib, 2011-ci ildən sonra A millidə 9 oyun keçirib.