Foto 12:07 08.09.2019

“Qarabağ” Kamçatkada çempion oldu (FOTOLAR)

Rusiya Federasiyasının Kamçatka diyarında yaşayan millətlərin 2 həftə əvvəl başlayan futbol yarışı başa çatıb.

Futbol yarışında azərbaycanlılar, ruslar, ukraynalılar, belaruslar, dağıstanlılar, türklər, qırğızlar, özbəklər, qazaxlar və kürdlər mübarizə aparıb.

Məlumata görə, keçirilən yarışda Kamçatkada yaşayan azərbaycanlıların komandası - "Qarabağ" qalib olub.

Oyunların keçirilməsi ilə bağlı Kamçatkada yaşayan azərbaycanlıların "AZƏRİ” İctimai Cəmiyyətinin rəhbəri Ramazan Hüseynov tərəfindən irəli sürülüb.

Kamçatka Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov bildirib ki, Azərbaycanın"Qarabağ” Futbol Klubu ilə də əlaqə yaratmağa çalışacaqlar. (modern.az)