Avrokubokların hazırlıqlarını davam etdirən Azərbaycan klublarının iştirakı ilə daha bir matç bu gün keçirilib.
Qaynarinfo xəbər verir ki, Qəbələdə təlim-məşq toplanışında olan "Qarabağ”la "Keşlə” yoxlama oyununda üz-üzə gəlib.
Ötən mövsümün qızıl və bürünc mükafatçıları hazırlıq dövründə ikinci dəfə görüşəcək. İlk matçda 3:1 hesabı ilə qalib gələn ağdamlılar bu dəfə də meydanı qələbə ilə tərk edib. Qurban Qurbanovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlubiyyətə uğradıb.
Qeyd edək ki, "Keşlə” bunadək "Qarabağ” (1:3), "Zirə” (1:0) və "Səbail”lə qarşılaşıbsa, "Qarabağ” "Keşlə” (3:1), "Sabah” (1:2) və "Neftçi” (1:0) ilə görüşüb.
Yoxlama oyunu
5 avqust
19:00. "Qarabağ” – "Keşlə” – 4:0
Kvabena Ovusu, Kevin Medina, Mahir Emreli (2) (Apasport.az )
Şərhlər