İdman 10:53 11.07.2018

“Qarabağ” ÇL-də mübarizəyə başlayır

Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start veriləcək. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” ardıcıl 5-ci dəfə Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxacaq. Ağdam klubu Sloveniyanın "Olimpiya” klubu ilə qarşılaşmada qüvvəsini sınayacaq.

Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirəcək. Lyublyananın "Stojitse” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
İlk oyunlar

11 iyul
22.00 Olimpiya (Sloveniya) - Qarabağ (Azərbaycan)
Hakimlər: Lourense Visser, Karel de Roker, Co de Veyrdt, Bram van Drieşe (Belçika).
Hakim-inspektor: Paulius Maljinskas (Litva).
Lyublyana. "Stojitse” stadionu.