İdman 11:19 10.07.2020

"Qarabağ" millimizin oyunçusunu transfer etdi (FOTO)

"Qarabağ" Azərbaycan millisinin qapıçısı Emil Balayevi transfer edib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu "Zirə"dən ayrılan qapıçı ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Emil Balayev indiyədək "Neftçi", "Sumqayıt", "Araz Naxçıvan", "Qarabağ", "Səbail", "Ayntraxt" (Frankfurt, Almaniya) və "Tobol" (Qazaxıstan) klublarında çıxış edib. 26 yaşlı qolkiper milli komandada 5 oyun keçirib.