İdman 20:48 11.05.2020

"Qarabağ" millinin qapıçısına təklif göndərdi (RƏSMİ)

"Qarabağ" Albaniya millisinin qarıçısı Gentian Selmanini transfer etmək istəyir.

Qaynarinfo ajansspor.com-a isfinadən xəbər verir ki, bu barədə qolkiperin çıxış etdiyi Türkiyənin "Menemenspor" klubunun baş məşqçisi Cenk Laleci məlumat verib.

Onun sözlərinə görə, Ağdam klubu 22 yaşlı qapıçı üçün rəsmi təklif göndərib: "Selmanini yalnız yerli yox, əcnəbi klublar da izləyir. Gənc qolkiperə görə "Qarabağ"dan təklif gəlib. Danışıqlar davam edir".

Qeyd edək ki, bu mövsüm "Menemenspor"un heyətində 28 oyunda meydana çıxan Gentian Selmani Albaniya millisinin də üzvüdü. O, əvvəllər vətəninində "Kastrioti" və "Laçi" klublarında oynayıb.